Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, 100 m² sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın təkər təmiri sexinin kənarında, tullantıların yığıldığı yerdə baş verib.
16:01
Bakının Binəqədi rayonunda "Xutor" kimi tanınan ərazidə güclü yanğın başlayıb.
Bu barədə Oxu.Az-a hadisə şahidləri bildirilər.
Şahidlərin bildirdiyinə görə, yanğınla əlaqədar "Xutor"a gedən yollarda tıxac yaranıb.
E.Ə.
www.oxu.az