Sürücü svetoforda tələsdiyi üçün maşın səkiyə çıxıb aşdı.
Oxu.Az avtosfer.az-a istinadla xəbər verir ki, bu qəza ona görə gülməlidir ki, o boyda geniş yolda sürücü avtomobilin qarşısını ala bilməyib səkiyə çıxardı və aşırdı.
Ağlamalıdır, ona görə də, sürücü svetoforu tez keçmək üçün tələsdi və yolun döngə olduğunu unudub düz yoldaymış kimi hərəkət edərək sürəti artırdı.
Nəticəsi də göz qabağındadır.
Bəlkə də, “Mercedes”in sürücüsü bu hərəkəti ilə irəli düşmək istəyirdi, amma səkiyə çıxıb geri düşdü.
DİN-in “Təhlükəsiz şəhər” kameraları ilə qeydə alınmış həmin qəzanın videosunu təqdim edirik.