Ramazan - ruhu təmizləyən, pis əməllərdən uzaq durmağı təlqin edən bu ay müsəlman aləmində “On bir ayın sultanı” adlanır.
İslam dininin kitabı “Qurani Kərim” bu ayın son gecələrinin birində nazil olunub.
Acların halından anlamaq, insanlara öz iradə və güclərini, dözümlülüklərini yoxlamaq imkanı verən verən bu ayda insanlar nəfsləri ilə sınağa çəkilir. Onlar oruc tutaraq, nəinki ağızları, bütün mahiyyəti ilə ibadət edirlər.
Ramazan ayının ən gözəl cəhətlərindən biri də hamının eyni saatda süfrə arxasına toplaşmasıdır. Azan verildikdən sonra bütün ailə üzvləri, qohum-əqrəbalar, rayon yerlərində isə hətta bir neçə qonşu ailələr bir araya gələrək, böyük iftar süfrəsi açır və öz qazanını hamı ilə paylaşır.
İftar süfrəsi təkcə ailələrdə, evlərdə deyil, həm də kafe və restoranlarda da açılır.
Bu ayda itraf saatında kafe və restoranların qarşısından keçərkən gözəl bir mənzərənin şahidi olursan.
Oxu.Az-ın fotoqrafı iaşə obyektlərində açılan iftar süfrələrində bir araya gələnlərin fotolarını lentə köçürüb.