Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində, 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı - Yurd Yeri - Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.