Bakıda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.