Bakıda kafedə kütləvi dava düşüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Çobanzadə küçəsində yerləşən kafedə 1993-cü il təvəllüdlü Kərimli Kamran Rafiq oğlu üç nəfərlə əlbəyaxa davaya çıxıb.
O, dava nəticəsində döyülərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
A.M.