Bakıda binanın qarşısında biraylıq körpə tapılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb.
Belə ki, həmin ərazidə biraylıq körpə oğlan tapılıb. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az