O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.
Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə baş verən zaman R.Məmmədovun atası və anası yatıbmış.
O, bacısına “Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın” deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, R.Məmmədov mənzildə ata, ana və bacısı ilə birgə yaşayıb.
10:13
Bakıda intihar olub.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az