Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin GÖRÜNTÜLƏRİ
Bakıda küçədən keçən qadına əxlaqsız təklif olunub.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, saat 15:43-də metronun "28 May" stansiyası yaxınlığında naməlum şəxs yoldan keçən xanıma yaxınlaşaraq əxlaqsız ifadələr işlədib. Daha sonra ərazidən qaçaraq uzaqlaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin GÖRÜNTÜLƏRİ
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
Ən çox oxunanlar