Bakıda gənc musiqiçilər maraqlı fləşmob keçiriblər.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, qeyri-adi fləşmob Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında baş tutub.
Belə ki, musiqili fləşmob dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 520 illik yubileyinə həsr edilib. Fləşmob Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilib. Tədbirin nə zaman baş verməsi bəlli olmasa da, görüntülər sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Açıq havada baş tutan qısamüddətli konsert şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Z.Q.