Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az-ın məlumatına görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
S.B.
www.oxu.az