Bakıda öz formatında birincilərdən olan və paytaxtda 1998-ci ildən fəaliyyət göstərən İrlandiyanın Finnegan's pabı işini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə informasiya pabın rəsmi səhifəsində yerləşdirilib.
“Əziz dostlar, təəssüf ki, 17 il işlədikdən sonra biz işimizi dayandırmağa məcburuq”, - bəyanatda deyilir.
Bununla yanaşı, müəssisənin administrasiyası “öz həyatını yaşayan” məmurlardan gileylənib.