“Oskar”lı aktrisa Jennifer Lawrence “Glamour” jurnalına müsahibə verib.

Oxu.Az xəbər verir ki, Lawrence dərgiyə açıqlamasında geyimindən bəhs edib:

“Həyatda tamamilə lezbiyan kimi geyinirəm. Bir stilist dostum “Gözəl sinən var, niyə göstərmirsən?” deyərək mənə əsəbiləşir”.

“The Hunger Games”in ulduzu 2016-ci ildə nümayiş olunacaq “Passengers” filmində yer aldığı ilk seks səhnəsində çəkilərkən yaşadığı çətinliklərdən danışıb.

25 yaşlı aktrisa partnyoru Chris Pratt ilə çəkildiyi səhnənin əvvəlində gərginliyini azaltmaq üçün sərt içki içdiyini, ancaq bunun ona kömək etmədiyini söyləyib.

“Chris evli idi və mən ilk dəfə evli adamla öpüşürdüm. Özümü günahkar hiss etdim. Bu səhnəni iş zərurəti ilə yaşadığımı günahkarlıq hissiylə dolu olan ürəyimə izah edə bilmirdim. Həyatımda özümü ən müdafiəsiz hiss etdiyim an idi”,-deyə aktrisa bildirib.