Bakıda Atıcılıq mərkəzinin tikintisi istiqamətində işlər gedir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Day.Az saytı “Bakı Avropa oyunları 2015”-in təşkilat komitəsinin rəsmi saytına istinadən məlumat yayıb.
Məlumata əsasən, oturaq yerlərinin sayı və digər məsələlər baxılmaq üzrədir.
Mövcud yerdə daima təkmilləşdirmə işləri aparılacaq. Obyekt 2015-ci ildə təhvil veriləcək.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib.
Birinci Avropa Oyunlarının açılış mərasimi 2015-ci ilin 12 iyun tarixində, bağlanış mərasimi isə 28 iyun tarixində baş tutacaq.




www.oxu.az