Bakıda qadın ehtiyatsızlığının qurbanı olub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
İ.N.