Bakıda klinikaların birində bir qız iki oğlan dünyaya gəlib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, ikinci övladının dünyaya gəlməsini gözləyən ailə birdən-birə dörd övlada sahib olub.
Həkim qeyd edir ki, işlədiyi müddətdə ikinci belə bir hadisə ilə qarşılaşır.
“Ailənin artıq bir övladı var idi. Üçəmlər təbii yolla doğulublar. Birinci uşaq 3 kq, ikinci uşaq 3 kq 50 qr, üçüncü isə 2,5 kq olub” – deyə, həkim bildirib.
Üçəmləri dünyaya gətirən Milana Cavadova isə çox xoşbəxt görünürdü. Ananın sözlərinə görə, hələ övladlarına ad qoymayıblar.
www.oxu.az