Sosial mediada paytaxt Bakıda olduğu iddia edilən masaj salonlarının birinin görüntüləri yayılıb.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, kadrlarda qadınlar hər kəsin gözləri qarşısında, hətta kişilərin də olduğu ortama yarıçılpaq şəkildə masaj edilir. Videoda sözgüdən hadisənin paytaxtın məşhur masaj salonlarında birində çəkildiyi iddia edilib. Məlumatı təsdiqləmək üçün sözgedən estetik mərkəzlə əlaqə saxlanılıb. Video ilə bağlı mərkəzdən bildirilib ki, kadrlar bir neçə ay əvvəl Bakıda keçirilən masajçıların yarışından çəkilən görüntülərdir.
“Kadrlarda gördüyünüz kişilər kişi masajçılardır. Onlar da yarışa qatılıblar”.
A.S.
www.oxu.az