Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur. Bura NZS qəsəbəsinin Mingəçevir küçəsidir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.
Çöpçülər telekanalın çəkilişindən yayınıblar.
Yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xanım deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.
Telekanalın əməkdaşları bir saata yaxın çöpçülərin məhəlləsində olublar. Lakin bir nəfər çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir.
S.B.
www.oxu.az