Dünən gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, “Land Rover Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.
10:24
Bakının mərkəzində ağır qəza baş verib.
Oxu.Az-a verilən məlumata görə, hadisə dünən gecə saatlarında, Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Arif oğlunun idarə etdiyi 90 RE 006 nömrə nişanlı “Land Rover Range Rover Vogue” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırdıb. Qəza nəticəsində avtonəqiyyat vasitəsi yeraltı piyada keçidinin içinə düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin aşması nəticəsində üç nəfər ciddi xəsarət alıb.
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin başvermə səbəbi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub.
Elvin Əhmədov
FOTO: Rüstəm Babayev
www.oxu.az