Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda sərxoş kişi qadına hücum etdi: Blokda gördüm, dalınca düşdüm - VİDEO
Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Rüstəmov küçəsi, 34 saylı binanın qarşısında baş verib.
Naməlum şəxs qadına hücum edərək ona xəsarət yetirib, içərisində 20 manat olan pul kisəsini götürərək, hadisə yerindən qaçıb. Zərərçəkənin ifadəsi alınandan dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Əməliyyat tədbirləri ilə quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Köşbəyi Muradov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
“İçkili idim. Gördüm blokda, düşdüm dalınca. “Kaşlyok”unu götürdüm, çıxdım-getdim”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR