Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“İcbari tibbi sığorta haqqında” qanun dəyişdirilir
“İcbari tibbi sığorta haqqında” qanun tamamilə dəyişdiriləcək, yaxud bu yöndə yeni qanun qəbul olunacaq.
Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.
Qeyd olunub ki, adıçəkilən qanunun qəbulundan 19 il keçir və ötən illər ərzində icrası, demək olar ki, mümkün olmayıb.
“Buna səbəb ölkədə icbari tibbi sığortanın tətbiqinin gecikməsi olub. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb, müvafiq dövlət agentliyi yaradılıb, büdcədən vəsait ayrılıb, bir neçə bölgədə pilot layihələr icra olunmaqdadır.
Amma qanunla bağlı yekun qərar Milli Məclisin Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dinləmələrindən sonra veriləcək.
Ya qanuna ciddi dəyişikliklər və əlavələr ediləcək - əvvəl daha çox bu variant üzərində dayanılırdı, amma son zamanlar fikir dəyişikliyi var - ya da ola bilsin ki, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması yönündə qərar veriləcək.
Bütün hallarda qanunla bağlı ciddi addımların atılması gözlənilir və bu, çox vacibdir. Artıq icbari tibbi sığortaya keçidin zamanıdır”, - deyə parlamentdən bildirilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB