Bakıda zəncirvari qəza olub.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Mehdi Mehdizadə küçəsində qeydə alınıb.
“Mercedes”, “Renault” və “Toyota” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Hər üç avtomobilə ciddi maddi ziyan dəyib.
Könül Cəfərli