Bakıda usta faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, paytaxtın Xətai rayonu, Sarayeva küçəsində yerləşən üç mərtəbəli iaşə obyektində binanın damını dəmir edən usta - 1987-ci il təvəllüdlü Sərxan Sabir oğlu Haqverdiyev oradan yıxılıb. O, aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
A.M.