Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi
Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Prospektdə sürücüləri çaşdıran xətlənmə: "Bu xətti kəsmək olar, yoxsa olmaz?"
- Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək
- Azərbaycanın gömrük postlarında 800-ə yaxın yük avtomobili gözləyir
- Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - Rəsmi qurumdan AÇIQLAMA
- Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
Ən çox oxunanlar