Bakı şəhərinin Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində açıq ərazidə 250 kvadratmetr sahədə qamışlıq və məişət tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
15:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, açıq ərazidə 250 kvadratmetr sahədə qamışlıq və məişət tullantıları yanır.