Bu gün Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M.Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B.Sərdarov və M.Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12