Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakının iki küçəsində məhdudiyyət: Biri 48 saat, digəri dörd sutka bağlı olacaq
Bu gün saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.
Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Ə.Haqverdiyev küçəsi, Nazim Hikmət küçələrindən təşkil edilib.
İyulun 19-u saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində də (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 11 və 199 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nurəddin Süleymanov küçəsi və Təbriz küçəsindən təşkil ediləcək.
"Mikayıl Müşfiq" teqi üzrə xəbərlər
- Bakının ən böyük prospektlərindən biri BAĞLANIR: DYP-dən MÜRACİƏT
- Sabahdan bəzi avtobusların hərəkət istiqaməti dəyişir
- Mikayıl Müşfiqin əmisi nəvəsi:"Onun qalıqlarını tapmaq üçün qardaşımdan nümunə götürdülər"
- Sevgilisinə görə Naxçıvanda müəllim işləyən Mikayıl Müşfiqin qətlinin əsl SƏBƏBİ
- Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşdı
Rəylər