Bakının Nəsimi rayonundakı mərkəzi küçədə kanalizasiya lükünün ətrafındakı çökmə sürücülərin narahatlığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, Kövkəb Səfərəliyeva küçəsində kanalizasiya lükünün ətrafı neçə müddətdir ki, təhlükəli vəziyyətdədir.
"Lükün ətrafı, demək olar ki, çöküb, amma aidiyyəti qurumlardan bu problemi həll edən yoxdur", - deyə şikayətdə bildirilib.
Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qeyd olunan hissə kanalizasiya kollektorunun baxış qapağı hissəsidir:

"Bu barədə aidiyyəti quruma məlumat verilib. Onlar tərəfindən baş vermiş qəza aradan qaldırıldıqdan sonra, asfalt örtüyü tərəfimizdən bərpa ediləcək".