Oxu.Az politoloq Teymur Atayevin “Exo” qəzeti üçün hazırladığı məqaləsini oxucularına təqdim edir:
Yaşadığımız zaman bir çox parametrlərinə görə unikaldır. Lakin çox təəssüf ki, onun xüsusiliyi heç də həmişə müsbət tendensiyalardan xəbər vermir. Söhbət dövri olaraq planeti sarsıdan siyasi-iqtisadi-təbii kataklizmlərdən getmir. Bütün bunlar bir nəticədir. İlkin olan səbəb isə ətrafda (gözlərimizin qarşısında), elə bizim hər birimizlə baş verənlər, tam mədəni-mənəvi deqradasiyadır.
Bu şəraitdə dünya sivilizasiyasının indiyədək ortaya çıxardığı mənəvi meyarlara riayət olunması az qala nonsensə çevrilir. Bu sırada isə qadın və kişi arasında münasibətlərə ilk yerlərdən biri ayrılıb. Onun səbəblərindən biri yəqin ki, həyatımızın etik normalar da daxil olmaqla, bütün sahələrdə kommersiyalaşdırılmasıdır. Artıq hisslər (əgər qeyri-təbii yolla formalaşmayıblarsa) belə desək, “təbiətdən kənar”, bu və ya digər amilləri nəzərə aldıqda isə “sevgiyəbənzər” kimi ölçülməyə başladılar.
Lakin bu, problemin yalnız bir hissəsidir. İkincisi, mənəviyyatsızlığın ümumi fonunun cinslərin daim iki nəfər üçün gizli qalan, digər gözlər və müzakirələrdən uzaq olan qarşılıqlı münasibətlərinə ehtiyatla daxil olmasıdır. Bu gün bir vaxtlar yeni həyatın başlanğıcının mühüm elementlərindən birini təşkil edən şeydən addım-addım geri çəkilmə açıq aydın görünür. Hər yerdə qızın öz bakirəliyini toya qədər qoruyub-saxlamasının daha aktual olmadığının təbliğini başqa cür şərh etmək olmur.
“Bax yenə başladı – bu sətirləri oxuyanların çoxları düşünəcəklər, - yenə də öyüd-nəsihət vermə, deyinmə, beyinlərin yuyulması; əvvəl-axır imkan verin istədiyimiz kimi yaşayaq”. Əlbəttə, bizlərin hər birinə həyat və yerdə vaxtı necə keçirməyi seçmək hüququ verilib. Lakin bu mövzuya müraciətin səbəbi kiminsə nəyəsə inandırmaq deyil, yalnız kişi və qadın arasında Allah tərəfindən verilmiş qarşılıqlı münasibətlərin gözəlliyi barədə fikir bildirməkdir.
*** İki nəfərin sevgisi Allahın nəzərdə tutduğu harmoniyanın bir hissəsi kimi
Şübhəsiz, din müzakirə olunan məsələyə öz münasibətini qəti şəkildə formalaşdırıb. İnternet şəbəkəsində dinin bu məsələyə münasibətinə diqqətin çox cəmləndiyini nəzərə alaraq, bu aspektə səthi yanaşaq. “Allah bizə qorxu deyil, güc, sevgi və bakirəlik ruhu verdi” (İncil, 2 Tim 1: 7) – Əhdi-cədiddə deyilir. Yəni, bakirəlik Allahdan vergidir! Quran da bunu təsdiqləyir: “bakirliyini qoruyub saxlayan kişilər və bakirəliyini qoruyub saxlayan qadınlar və Allahı tez-tez xatırlayan kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlayıb” (Quran, “Əhzab” surəsi, ayə: 35). Burada bakirəlik rakursu faktiki olaraq ibadətin mühüm bir hissəsi kimi təqdim olunur.
Lakin bu hələ hamısı deyil. Bakirəlik konteksti ailənin yaradılması üçün bünövrələrdən biridir. Əhdi-ətiqə əsasən, isitisna deyil ki, qadınına nifrət edən kişi “ona qarşı pis işlərə başlayacaq, onun barəsində şaiyə buraxacaq və deyəcək: mən bu qadını aldım, ona daxil oldum və bakirəliyinin olmadığını gördüm”.
Bir sözlə, həyat yoldaşında bakirəliyin olmaması günaha bərabər tutulur. Buna görə də, deyilənin təsdiqi kimi bu sözlər yer alır ki, əgər “qızda bakirəlik tapılmazsa, qoy onu atalarının qapısına gətirsinlər, burada şəhər sakinləri onu ölənədək daşlasınlar, çünki o, pis günah qazanıb” (İncil, İkinci qanun. 22: 13-14, 20-21). Axı “ qoy ikah hamıda düzgün və bakirəlik əsasında olsun” (İncil, Yəhudi. 13: 4).
Lakin nikah özlüyünündə təkcə nikah deyil, bakirəlik isə əsasssız öhdəlik kimi təqdim olunmur. İncəlik ondadır ki, Allah “təskinlik tapasınız deyə, özünüzdən zövcələrinizi xəlq etdi və aranızda sevgi və mərhəmət hissi yaratdı” (Quran, Rum surəsi, 21-ci ayə).
Deməli, bakirəlik Allahın nəzərdə tutduğu, sevgiyə əsaslanmış, ərin qadının öz bakirəliyini qoruyub-saxladığı yeganə qadın olduğu nikah qarşılıqlı münasibətlərinədək qalmalıdır. Bundan sonra ər və arvadın həyatının bir hissəsini sevgi təzahürləri təşkil edir (bu və ya digər formada). Beləliklə, Allahın əvvəlcədən əzərdə tutduğu bakirəlik qızın namusluluğunun mühüm əlamətidir.
Buna görə də, Əhdi-cədiddə deyilir: “Pozğunluqdan uzaq olun, insanın etdiyi hər bir günah onun bədənindən kənardadır, pozğun şəxs isə öz bədəninə qarşı günah edir” (İncil 1 Kor, 6:18). Lakin özünə qarşı günah ümumilikdə Allahın yaratdığına qarşı günah etmək deməkdir. Müəyyən edilmiş şeyin pozulması isə ilkin təmizlikdən məhrum etməyə bərabərdir, çünki Allahın yaratdığı nisbət pozulur.
Lakin yaşadığımız mərhələdə biz nəzərdən keçirilən istiqamətdə tamamilə başqa məsələ ilə qarşılaşırıq. Seksuallığın sosiumun əsas və onu irəli aparan bir dəyər kimi təqdim olunması ümumbəşəri dəbə çevrilib. Məhz belədir. Artıq uzun müddətdir ki, Qərbdə seksual təhsil nikahdankənar fizioloji münasibətlərə yol verir. Burada bakirəliyə çağırış əvəzinə təhlükəsiz seks və erkən cinsi əlaqələrin doğruldulması ön plana çıxır.
Buna görə də, şəxsi ləyaqət hissinin əsası kimi daxili təmizlik yaxud da günahsızlıq yox, təbii “hiperçağırışların” “eninə və dərinə” həyata keçirilməsi kimi əks olunur. Təvazökarlıq isə həyatın kəndarında qalıb, az qala hər şeyə icazə verildiyi, soyunub-çılpaqlaşmağı, Qadını mal qismində təqdim etməyi təbliğ edən cəmiyyətə qarşı çağırış formasını alıb.
***Bakirəliyin saxlanılması – bu keçmişdə idi?
Belə inkişaf ona gətirib çıxarır ki, bu gün qadınlarla görüşdən (və yaxud onunla əlaqədən) danışan kişilər bunu balıq tutmaq futbola və ya bilyard zalına getməyə bərabərləşdirirlər. Elə bil içki içib yaxud da yemək yeyib. Sonra isə evə - arvadının, valideynlərinin yaxud da sadəcə şəxi mənzilinə qayıdış. Axı söhbət ümumiyyətlə fahişələrdən getmir, söhbət “birdəfəlik”, özlərini normal, tərbiyəli, inamlı sayan qızlardan gedir.
Və bütün bunlar hazırda mövcud olan qaydalar çərçivəsində baş verir. Yoxsa bu elə həmin dəbdən irəli gəlir? Axı artıq bir neçə onillikdir ki, hər kəs və hər şeydə azadlıqdan bəhs olunur. Bir çoxlarının toyadək cinsi əlaqədə olmaq azadlıqlarını tamamilə münasib saydıları “gender bərabərhüquqluğu” kimi. Həm də erkən yaşdan. Buna görə də, artıq təəccüb doğurmur ki, son zəng günü bir çox qızlar Bunu sınaqdan keçirmək qərarına gəlirlər. Və həm də hansısa hisslərin təzahürü kimi yox, bir növ hansısa azadlığa çatmaq kimi. Şəxsi fikir yaxud da rəyə görə yox, sadəcə yanındakılardan geri qalmamaq üçün. Hamı kimi olmaq. Hər kəsin qəbul etdiyi qaydada. Necə dəblidirsə, eləcə. Bu vəziyyət o qədər təbiiləşib ki, rəfiqələr arasında baş vermiş hadisədən (yaxud da planlaşdırılan) utanmaq elementi yoxa çıxıb.
Bu hələ azmış kimi, qızın qadına çevrilməsinin bir növ “qanuniləşdirilməsi” də təbii qəbulunur. Belə deyək, hansısa qız nişanlanıb. Lakin münasibətlər alınmayıb. Gənclər hələ toyadək ayrılırlar Və əgər onların arasında yaxınlıq olbusa, o zaman növbəti oğlanla görüşdükdə (əgər onun niyyəti ciddidirsə), qız, öz bakirəliyini qoruyub-saxlamadığını söyləməkdən çəkinmir. Və hətta özünü doğrultmağa da çalışmır ki, bəs onsuz da məndə hər şey toya doğru gedirdi.
Bununla yanaşı, cəmiyyətə gətirilən mənəviyyatsızlıq dəbi tədricən iki nəfərin bir-birinə doğru gedən gözəl yolunu aradan qaldırıb. Sevginin təkrarolunmaz çalarlarını yaradan Yol. Buna görə də, bu gün sevmək və sevginin bütün təzahürlərini dərk etmək zamanın ən əhəmiyyətli tələbi olmaqdan geri çəkilib.