Bakının Binəqədi rayonu, "Baksol yolu" kimi tanınan ərazidə içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, boruda yaranan nasazlıq səbəbindən su uzun müddətdir yola axır. Nəticədə ərazi su altında qalıb. Dəfələrlə müraciət olunmasına baxmayaraq, problem hələ də aradan qaldırılmayıb.
"Su idarəsi məsələni həll etmir. Bildirirlər ki, ərazidən yüksək gərginlikli elektrik xətti keçir. Amma vəziyyət acınacaqlıdır", - deyə sakinlər bildiriblər.
Qaynar xətt:
(055) 224 12 12