Hər zaman endirim kampaniyaları, sərfəli qiymətləri, müxtəlif aksiyaları ilə alıcılarını sevindirən “Baku Outlet Park”da yay mövsümünün sonunda ənənəyə sadiq qalaraq yarmarka təşkil edilir.
Alış-veriş sevənlər, avqustun 22-dən 28-dək “Baku Outlet Park”-da keçirilən yarmarkaya dəvətlisiz!
Oxu.Az xəbər verir ki, yarmarkada brend mağazaların məhsulları təqdim ediləcək, diqqətinizə çatdıraq ki, təqdim edilən malların qiyməti 30 AZN-ə qədər olacaq.
“Lacoste”, “İntimissimi”, “Zara”, “Calvin Klein”, “H&M”, “S.Oliver”, “Massimo Dutti”, “Adidas”, “Armani Jeans” kimi məşhur brendlərin mallarını endirimli qiymətlərlə əldə edə bilərsiniz.
Yarmarkada, girişlərində yarmarkanın təsviri olan stikerlərin yerləşdirildiyi mağazalar iştirak edir.
Təqdim edilən mallar arasında yay mövsümü ilə yanaşı, payız kolleksiyasına aid bir neçə nümunə də olacaq.
Xatırladaq ki, Ticarət Mərkəzinin şəhərdən kənarda olması alıcıların bura gəlməyi üçün artıq problem deyil. Belə ki, Bakı Metropoliteninin aprelin 19-da istifadəyə verilmiş “Avtovağzal” metrostansiyası bu məsafəni daha tez və əziyyətsiz qət etmək imkanı yaradır. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.
Bununla yanaşı, “Baku Outlet Park”a şəhərdaxili 2, 13, 14 saylı avtobuslarla getmək mümkündür.
Əlavə məlumatı “Baku Park Outlet”in https://m.facebook.com/Outletim/?ref=bookmarks Facebook və baku_outlet_park instaqram səhifələrindən, eləcə də (+994)012-499-70-40 nömrəli telefona zəng edərək əldə etmək mümkündür.