Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az “Report”-a xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinə (RPİ) yeni rəis müavini təyin edilib.
Belə ki, müvafiq əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Famil Vəliyəv Xəzər RPİ-nin rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.
Qeyd edək ki, Xəzər RPİ-nin keçmiş rəis müavini İlqar Məmmədov bir neçə ay əvvəl Bərdə RPŞ-nin rəisi təyin olunub.
E.Ə.
www.oxu.az