Dekabrın 18-də Yerevanda suriyalı qaçqın intihar edib.
Oxu.Az bu barədə Novosti-Armeniyaya istinadən xəbər verir.
Məlumata görə, Ermənistanın paytaxtının mərkəzində yerləşən binanın 8-ci mərtəbəsindən Suriya vətəndaşı, 40 yaşlı Qabriel Jan Başaryan özünü atıb. İntiharın şahidi onun qardaşı olub.
Baş verənlər araşdırılır.
N.O.
www.oxu.az