Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş prokurordan YENİ TƏYİNATLAR
Baş Prokurorluqda yeni kadr təyinatları olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.
2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı Şəhər Prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş Prokurorun digər əmri ilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusuf Novruzov əvvəllər Qaradağ Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.
Bu təyinata qədər Yusif Novruzov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Mirvari Qəhrəmanlı "QHT İşi" çərçivəsində prokurorluğa çağırılıb
- Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu
- Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
- Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi