Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bazar günü Bakıda 21 dərəcə isti olacaq - PROQNOZ
Aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - 17.06.2025
- Dənizdə dalğanın hündürlüyü üç metrə çatır - FAKTİKİ HAVA
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- Bəzi rayonlarda leysan, Qazaxda dolu yağıb - FAKTİKİ HAVA
- Sabah leysan olacaq, şimşək çaxacaq, güclü külək əsəcək - 16.06.2025