Torpaq satan və saxta torpaq verən kimi yaddaşlarda qalan bələdiyyələrimizin fəaliyyətinin nədən ibarət olması barədə hələ də bir çox vətəndaşlarımız xəbərsizdir. Bu sistem zamanla güclənmək əvəzinə, zəifləməyə doğru gedir.
Məsələ ilə bağlı ARB telekanalında yayımlanan “Diqqət efir” verilişinə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, vətəndaşa xidmət etmək üçün bələdiyyələrin büdcəsi olmalıdır:
“Büdcədən 11 milyon manat pul ayırırıq. O da mücərrəd şəkildə ayrı-ayrı bələdiyyələrə gedir”.
Bələdiyyə sədrləri isə toplayacaqları vergilərlə büdcələrini formalaşdıracaqlarını gözləyirlər. Hətta Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov xüsusi mülkiyyətdə olan binalardan da vergi toplamaq niyyətindədir:
“Vətəndaşların xüsusi mülkiyyətində və istifadəsində olan torpaqlardan vergi alına bilər. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələni növbəti iclasda qaldırsınlar. Xüsusi mülkiyyətdə və istifadədə olan binaları vergi tutma obyekti kimi qeydə alsınlar”.
Daha ətraflı süjetdə: