Bərdədə toksik səbəbdən ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, rayonun Əliyalın kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada, ilkin ehtimala görə, kimyəvi maddədən zəhərlənərək həyatını itirib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Əzizə İsmayılova