Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ baş verib.
Oxu.Az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.
Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Xatırladaq ki, ötən gün axşam yerli vaxtla saat 23:48-də Ağdam ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bərdə silkələndi - VİDEO
S.B.
www.oxu.az