Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev - VİDEO
“Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”
Bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin “44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.
N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:
“Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.
Anası Hacıyeva Cəmilə deyir ki, hər şeyi ürəyimlə hiss edirdim:
“Bir ana üçün o səhnəni görmək... Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.
Daha ətraflı süjeti təqdim edirik:
"Şuşa" teqi üzrə xəbərlər
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: "Çıxardığım əmanəti geri aparıram"
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
Rəylər