Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Biləsuvarda AĞIR QƏZA: Beş nəfər xəsarət alıb
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2115 və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər