Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Biləsuvarda günəş elektrik stansiyası tikiləcək
Burada ölkənin ən böyük günəş elektrik stansiyasından birinin inşası nəzərdə tutulub. Artıq stansiyanın yerləşəcəyi ərazi də müəyyənləşib.
Xezerxeber.az-ın məlumatına görə, stansiya həm Biləsuvarı, həm də əlavə 22 rayonu elektrik enerjisi ilə təmin edə biləcək.
Yaxın vaxtlarda inşasına başlanacaq günəş elektrik stansiyası üçün köhnə Ələt-Astara magistralının Biləsuvar rayonuna giriş hissəsində 1454 hektarlıq ərazi ayrılıb.
Layihəyə görə, yeni stansiya ilə magistral yol arasında 500 metrlik xüsusi mühafizə zolağı da yaradılacaq.
Mütəxəssislər tərəfindən layihənin ətraf mühitə təsir imkanları araşdırılıb. Artıq bəzi tiklilərin bünövrələri də qazılıb. Tikinti işlərinə isə yaxın günlərdə başlanacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd bərpa olunan enerji mənbələri yaratmaqla Azərbaycanın elektrik enerji təchizatını artırmaq, bununla da istixana qazlarının azaldılması və təbii resurslara qənaət edilməsidir. İnşa olunacaq günəş elektrik stansiyası istehsal gücünə görə heç də digərlərindən geri qalmayacaq.
Müqaviləyə əsasən elektrik stansiyasının inşası bir il ərzində tam yekunlaşacaq. İstehsal olunan elektrik enerjisi ölkənin milli enerji şəbəkəsinə qoşulacaq.
Qeyd edək ki, layihə çərçivəsində Neftçalada da ümumi gücü 315 meqavat olan eynitipli günəş elektrik stansiyasının inşası nəzərdə tutulub.
Ətraflı süjetdə:
"Günəş elektrik stansiyası (GES)" teqi üzrə xəbərlər
- Qobustan Günəş Elektrik Stansiyasının istismara veriləcəyi TARİX AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayılda Şəfəq Günəş Elektrik Stansiyasının təməli qoyulub
- Cəbrayılda Günəş elektrik stansiyasının tikintisi üçün torpaq ayrıldı
Rəylər