Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Biləsuvarda silah-sursat aşkarlanıb - FOTO
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, doqquz ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində üç nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Biləsuvar" teqi üzrə xəbərlər
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Avtomobili yoxdur, amma 800 manat cəriməsi var
- Biləsuvarda 2 qardaş qəzaya düşüb, üçüncü qardaş sürücüyə bıçaqla hücum edib
- İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ÖLÜBMÜŞ
- İlk dərs günü məktəb direktoru MƏHKƏMƏYƏ VERİLDİ
Rəylər