“Lider” TV-də yayımlanan “Çıxış yolu” verilişinə müraciət edən Xəyalə adlı qadın şok iddia ilə çıxış edib.
Oxu.Az a24.az-a istinadla xəbər verir ki, xanım Astara məhkəmə qərarlarının icra şöbəsinin icra məmurları Sənan və Əli adlı şəxslər barədə dəhşətli açıqlamalar verib.
“Sənan mənim aliment pulumdan 300 manatı özünə götürdü. Dedi ki, get, sonra səni çağırıb verəcəyik. Pulumu almaq üçün dəfələrlə Sənanın yanına getdim. O, mənim üstümə qışqırmağa başlayanda, Əli məni otağına çağırıb bildirdi ki, bazar günü biz evdə oluruq. Gəl evə, bizim yanımıza, ondan sonra sənin işini özümüz həll edərik”.
İttiham olunan şəxslər isə həmin qadının onlara böhtan atdığını söyləyiblər.
Teleaparıcı Nuranə Gülərin aparıcılığı ilə yayımlanan verilişin araşdırmaçı-müxbiri Amil Xəlilovun şikayətçi Xəyalə Manafova ilə müsahibəsini təqdim edirik.
A.S.
www.oxu.az