Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar oktyabrın 9-u saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şosesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.
Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, ortatəzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-u saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən ortatəzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra hakimiyyəti məlumat yayıb.
Verilən məlumata görə, Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan (Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.