Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel ayları ərzində 17 min 100 nəfərə əlillik təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Qeyd olunub ki, onlardan 7 300 nəfərə ilkin, 9 800 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.
Məlumat üçün bildirək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.