Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki “Saat qülləsi”nə çıxıb.
Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti bölüyünün əməkdaşları intiharın qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az