Xəzər rayonu, Buzovna qəsəbəsində, "Xrustalni" adlanan yol gecələr işıqlandırılmır.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, yolda işıq dirəkləri olsa da, küçə işıqları nə yayda, nə də qışda yandırılır.
Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsinə sözügedən yolun işıqlandırılması ilə bağlı rəsmi müraciət ünvanlanıb.
Qaynar xətt:
(055) 224 12 12