Azərbaycanda Özəl Türk Liseylərinin bağlanmasına dair qəbul edilmiş qərara etiraz olaraq Facebook sosial şəbəkəsində “Lisey uşağı” köynəyinin sifarişi” adlı səhifə yaradılıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, qısa zaman ərzində səhifəni artıq 7 min nəfər bəyənib. Aksiya təşkilatçıları dəyəri təqribən 8 manat olan köynəkləri satışa çıxarıblar.
“O səhifəni yaradan bizim məktəbin şagirdləri deyil. Ola bilsin ki, səhifəni yaradanlar liseyi bitirən məzunlardır”.
Bu barədə Modern.az-a “Çağ Öyrətim” İşlətmələrinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Adının çəkilməsini istəməyən şirkət rəsmisi belə halı qəti şəkildə pislədiyini və bunun təbliğinə yol açmanın mənfi hal olduğunu vurğuladı:
“Bizim şagirdlərin bu məsələ ilə qətiyyən əlaqəsi yoxdur”.