Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cəlilabaddakı qəzada xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO
Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
APA xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.
Onlar VAZ-2107 markalı minik avtomobilinin sürücüsü - Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Aqil Nadir oğlu Əhmədov, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nizami Səfərov və sərnişini, paytaxt sakini 1982-ci il təvəllüdlü Yeganə Quliyevadır.
Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

22:10
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.
VAZ 2107 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Astara" teqi üzrə xəbərlər
- Astarada qar örtüyünün hündürlüyü 90 sm-ə çatıb
- Azərbaycanda ögey ana bacı-qardaşı evdən qovub? - İDDİA
- Alimdən XƏBƏRDARLIQ: "Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz"
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub