Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çernobıl faciəsindən dəhşətli faktlar: "Orada, sadəcə, 15-16 dəqiqə işləməyə icazə verilmişdi"
"Məni Çernobıl faciəsi baş verəndən bir il sonra ora göndərdilər. Bu faciə ağlasığmaz idi".
Oxu.Az xəbər verir ki, bu sözləri Photostock.az-a Çernobıl faciəsi haqqında danışan ehtiyatda olan polkovnik-leytenant İlqar Abbasov deyib.
O, qəzanın aradan qaldırılması üçün yaradılan dəstələrdən birinə rəhbərlik etdiyini bildirib.
İkinci qrup Çernobıl əlili olan Zülfi Əbilov isə hadisə zamanı Belarusda hərbi xidmətdə olduğunu deyib.
"Hadisədən sonra 110 nəfərlik əsgər heyətini Çernobıla göndərdilər. Onların içində mən də var idim. İlk günlər orada sadəcə 15-16 dəqiqə işləməyə icazə verilmişdi. Bizə xüsusi geyimlər və maskalar verilmişdi", - deyə o qeyd edib.
Daha ətraflı Photostock.az-ın Çernobıl haqqında çəkdiyi süjetdə:

Daha çox foto burada: PhotoStock.az
"Çernobıl AES" teqi üzrə xəbərlər
- Çernobıldan acı xatirələr: "Komandanlıq dedi ki, o iki nəfərə dəyməyin, qoyun qalsınlar evlərində"
- "Çernobıl sönmüş bir oddur, amma tüstüsü hələ də davam edir" - Faciənin canlı şahidi danışır
- Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
- Çernobıl Atom Elektrik Stansiyasında partlayışın baş verdiyi TƏSDİQLƏNDİ
- Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK